Mali hökumǝtinin Mǝrakeşin Sahara mǝsǝlǝsinǝ dair mövqeyindǝ mühüm dǝyişiklik olub. Bu ölkə qondarma “Sahara Ərǝb Demokratik Respublikası” nı (SADR) tanımasından geri çǝkildiyini bǝyan edib.
525.az xəbər verir ki, bǝyanat Mali Respublikasının xarici işlǝr vǝ beynǝlxalq əmǝkdaşlıq naziri Abdoulaye Diopun Bamakoda mǝrakeşli hǝmkarı ilǝ apardığı danışıqlardan sonra rǝsmi şǝkildǝ tǝqdim edilib.
Bu qǝrar regional sabitlik vǝ münaqişǝyǝ dair beynǝlxalq yanaşma baxımından mühüm diplomatik inkişaf kimi qiymǝtlǝndirilir. Mǝlumatda qeyd olunur ki, qǝrar subregional sülh vǝ tǝhlükǝsizliyǝ tǝsir edǝn bu mühüm mǝsǝlǝnin hǝrtǝrǝfli tǝhlilindǝn sonra qǝbul olunub.
Mali mövqeyindǝki bu dǝyişiklik barǝdǝ üzv olduğu regional vǝ beynǝlxalq tǝşkilatları, elǝcǝ dǝ Bamakoda akkreditǝ olunmuş diplomatik korpusu mǝlumatlandıracağını tǝsdiqlǝyib.
Bǝyanat, Mǝrakeşin Xarici işlǝr, Afrika əmǝkdaşlığı vǝ Mǝrakeş xaricindǝ yaşayan vǝtǝndaşlar
naziri Nasser Bouritanın Maliyǝ rǝsmi sǝfǝri ilǝ eyni vaxta tǝsadüf edib. Sǝfǝr Kral VI Mǝhǝmmǝdin göstǝrişlǝri çǝrçivǝsindǝ hǝyata keçirilib. Bu addım Bamako vǝ Rabat arasında ikitǝrǝfli münasibǝtlǝrin möhkǝmlǝnmǝsini vǝ siyasi yaxınlaşmanın artmasını ǝks etdirir.
Mali bǝyanatında Mǝrakeşin Sahara üzrǝ muxtariyyǝt tǝklifinǝ açıq dǝstǝyini ifadǝ edǝrǝk, onu
münaqişǝnin hǝlli üçün “yeganǝ ciddi vǝ etibarlı ǝsas” kimi xarakterizǝ edib. Rəsmi Bamako bəyan edib ki, Mǝrakeşin suverenliyi çǝrçivǝsindǝ real muxtariyyǝt bu uzunmüddǝtli regional mǝsǝlǝnin “ǝn realistik hǝlli”dir. Mali, hǝmçinin Birlǝşmiş Millǝtlǝr Tǝşkilatının sǝylǝrinǝ vǝ Baş katibin xüsusi elçisinin fǝaliyyǝtinǝ, elǝcǝ dǝ BMT Tǝhlükǝsizlik Şurasının 31 oktyabr 2025-ci il tarixindǝ qǝbul edilmiş 2797 saylı
qǝtnamǝsi daxil olmaqla, müvafiq qǝrarlarına dǝstǝyini bir daha tǝsdiqlǝyib.
Bu mövqe Bamakonun BMT çǝrçivǝsindǝ siyasi hǝllǝ sadiqliyini vurğulayır vǝ Mǝrakeşin
muxtariyyǝt tǝşǝbbüsü ǝtrafında artan beynǝlxalq dǝstǝyi göstǝrir.
Malinin qǝrarı SADR-in tanınmasını geri çǝkǝn vǝ Mǝrakeşin muxtariyyǝt planını dǝstǝklǝyǝn
dövlǝtlǝrin sayının artdığı beynǝlxalq tendensiyanın bir hissǝsidir. Bu addımın Afrikada vǝ onun
hüdudlarından kǝnarda diplomatik dinamikaları güclǝndirǝrǝk, Sahara mǝsǝlǝsi ǝtrafında beynǝlxalq mǝnzǝrǝnin formalaşmasını artıracağı gözlənilir.
Pərvanə Sultanova
çap et