525.Az

Paşinyanın kortejini müşayiət edən avtobus qəza törədib - 1 nəfər ölüb, yaralılar var


 

Paşinyanın kortejini müşayiət edən avtobus qəza törədib - <b style="color:red"> 1 nəfər ölüb, yaralılar var</b>

Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəza törədib.

Bu barədə ölkəni Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində bir nəfər ölüb, daha 12 nəfər xəsarət alıb.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb (APA).

 





11.04.2026    çap et  çap et