525.Az

Hindistanda ağır yol qəzası - 13 ölü, 30 yaralı


 

Hindistanda ağır yol qəzası - <b style="color:red"> 13 ölü, 30 yaralı</b>

Hindistanın Bihar ştatında ağır yol qəzası baş verib.

525.az xəbər verir ki, bu barədə Hindistanın NDTV kanalı məlumat yayıb. Bildirilib ki, ştatın Katihar bölgəsində avtobus, yük maşını və pikap toqquşub. Qəza nəticəsində 13 nəfər ölüb, 30 nəfər yaralanıb.

Polis qəzanın avtobus sürücüsünün  idarəetməni itirməsi nəticəsində baş verə biləcəyini və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Hindistanın Baş naziri Narendra Modi “X” sosial media platformasındakı paylaşımında həyatını itirənlərin ailələrinə başsağlığı verib.

İbrahim Cəfərov

 





13.04.2026    çap et  çap et