525.Az

Putinlə Pezeşkian arasında telefon danışığı olub


 

Putinlə Pezeşkian arasında telefon danışığı olub<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putinlə İran dövlət başçısı Məsud Pezeşkian arasında telefonla danışığı olub.

525.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərqdəki son hadisələr müzakirə olunub.

Dünən İslamabadda keçirilən İran-ABŞ danışıqlarını dəyərləndirən Pezeşkian Rusiyanın beynəlxalq platformalar da daxil olmaqla, gərginliyin azaldılmasına yönəlmiş prinsipial mövqeyini təqdir etdiyini bildirib. O, həmçinin İran xalqına göstərilən humanitar yardıma görə Rusiyaya təşəkkür edib.

Putin də öz növbəsində Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması üçün vasitəçilik səylərin davam etdirməyə hazır olduğunu bəyan edib. O, Rusiyanın regiondakı bütün tərəfdaşları ilə fəal əlaqə saxlayacağını qeyd edib.

İbrahim Cəfərov

 





13.04.2026    çap et  çap et