525.Az

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır


 

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,93% azalaraq 4 742,65 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti isə 2,44% ucuzlaşaraq 76,612 ABŞ dolları təşkil edib.

 





13.04.2026    çap et  çap et