Roma Papası XIV Leo Donald Tramp administrasiyasından qorxmadığını bildirib.
525.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
"Mən Tramp administrasiyasından qorxmuram. Onunla polemikaya girmək niyyətim yoxdur. Mən İncildən danışıram və müharibəyə qarşı çıxmağa davam edəcəyəm", - Papa deyib.
Daha əvvəl XIV Leonun müharibə əleyhinə açıqlamalarından sonra Amerika lideri “Truth Social”da onu tənqid edib. Tramp bildirib ki, Katolik Kilsəsinin rəhbəri cinayətkarlıqla mübarizədə və xarici siyasət məsələlərində zəifdir. Ağ Ev liderinə görə, onun prezidentliyi olmasaydı, amerikalı Papa seçilməzdi.
Pərvanə Sultanova
çap et