525.Az

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15 faiz artıb


 

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15 faiz artıb<b style="color:red"></b>

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 049,8 milyon manat investisiya yönəldilib.

525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 % çoxdur.

Qeyri neft-qaz sektoruna investisiya qoyuluşu isə 2025-ci ilin yanvar-mart ayları ilə nisbətdə 2,2 % artaraq 2 milyard 523,9 milyon manata çatıb.

 





13.04.2026    çap et  çap et