“Macarıstandakı seçkilərin nəticəsi Ukraynadakı münaqişənin gedişatına təsir göstərməyəcək”.
525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Düşünmürəm ki, bunun Rusiya-Ukrayna münaqişəsinin gələcəyi ilə hansısa əlaqəsi var. Bunlar yəqin ki, fərqli proseslərdir, ona görə də burada heç bir əlaqə görmürəm", - Kremlin sözçüsü deyib.
Əlavə edib ki, Rusiya formalaşacaq yeni Macarıstan hökuməti ilə dialoqa açıqdır.
O bildirib ki, Kreml macar seçicilərinin seçiminə hörmətlə yanaşır və Macarıstanın yeni rəhbərliyi ilə ikitərəfli əlaqələri praqmatik şəkildə davam etdirməyi gözləyir.
Peskov deyib ki, Aİ-nin Ukrayna üçün 90 milyard avro ayırmaq qərarı əsasən Brüssel tərəfindən veriləcək.
Macarıstanın Baş naziri Viktor Orbanın mövqeyinə görə 2026 və 2027-ci illərdə Kiyev üçün 90 milyard avroluq hərbi maliyyələşdirmə dondurulub. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen 20 martda Ukraynanın vəsaitləri alacağını bildirib.
Pərvanə Sultanova
çap et