525.Az

Çingiz Əlioğlu Belarusun "Fransisk Skorina" medalı ilə təltif edilib


 

Çingiz Əlioğlu Belarusun "Fransisk Skorina" medalı ilə təltif edilib<b style="color:red"></b>

Fevralın 16-da Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun "Fransisk Skorina" medalı ilə təltif olunması barədə fərman imzalayıb.

Çingiz Əlioğlu bu mükafata iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişafına, Belarus mədəniyyətinin və ədəbiyyatının təbliğinə, informasiya və mətbuat sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfəsinə görə layiq görülüb.

 





19.02.2015    çap et  çap et