Cənubi Koreyanın Çxonçju şəhərində ticarət mərkəzlərinin birinin birinci mərtəbəsində yerləşən restoranda güclü partlayış olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında, qeyri-iş vaxtında baş verib.
Partlayış o qədər güclü olub ki, ətrafda 150-dən çox mənzilin şüşələri tamamilə sınıb. Xoşbəxtlikdən ticarət mərkəzində heç kim olmayıb və bu üzdən faciə yaşanmayıb. Amma buna baxmayaraq, mənzillərdə yaşayan sakinlərdən 15-i xəsarət alıb.
Qeyd edək ki, ilkin araşdırma partlayışın qaz sızmasından qaynaqlandığını müəyyənləşdirib. 2 ədəd 180 litrlik qaz balonu eyni anda partlayıb.
L.Tağıyeva
çap et