525.Az

Ərzurumda zəncirvari qəza - 5 nəfər yaralandı


 

Ərzurumda zəncirvari qəza - <b style="color:red"> 5 nəfər yaralandı</b>

Türkiyənin Ərzurum şəhərində yolların buzlaşması səbəbindən zəncirvari qəza baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 8 avtomobilin iştirakı ilə baş verən 4 ayrı qəzada 5 nəfər xəsarət alıb.

Qəzalar saat 19:30 radələrində Doktor Refik Saydam küçəsində baş verib. Qar yağandan sonra buz bağlayan yolda avtomobillər sürüşərək toqquşub.

Yaralılar təcili yardım maşınları ilə Ərzurum Şəhər Xəstəxanasına çatdırılıblar. Maşınlar evakuatorlarla çıxarıldıqdan sonra magistral yol işçiləri buz meydançasına çevrilmiş yolda duzlama işləri aparıblar.

İbrahim Cəfərov

 





14.04.2026    çap et  çap et