525.Az

İspaniyanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi


 

İspaniyanın İrandakı səfirliyi fəaliyyətini <b style="color:red"> bərpa etdi</b>

Yaxın Şərqdə gərginliyin davam etdiyi vaxtda İspaniya Tehranda müvəqqəti bağladığı səfirliyini yenidən açıb.

525.az xəbər verir ki, bu barədə İran mediası yazıb.

Bildirilib ki, İspaniyanın İrandakı səfiri Antonio Sançez-Benedito Qaspar Astara sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olub. Tehrana qayıdan diplomatik heyət İrandakı fəaliyyətini davam etdirəcək.

Qaspar bəyan edib ki, ölkəsi sülh səylərinə töhfə vermək üçün Tehrandakı səfirliyini yenidən açıb.

“Ümid edirəm ki, yaxın günlərdə birgə əməkdaşlıq imkanları yaradılacaq”, - deyə səfir bildirib.

İbrahim Cəfərov

 





14.04.2026    çap et  çap et