525.Az

İrandan Azərbaycana turist gəlişi 3 faiz azalıb


 

İrandan Azərbaycana turist gəlişi 3 faiz azalıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycana İrandan 30 506 nəfər turist gəlib.

525.az-a bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% azdır.

Belə ki, ötən ilin yanvar-fevral aylarında bu göstərici 31 421 nəfər təşkil edib.

 





14.04.2026    çap et  çap et