525.Az

“İran ABŞ ilə danışıqlara hazırdır, amma... " - Pezeşkian


 

“İran ABŞ ilə danışıqlara hazırdır, amma... " - <b style="color:red"> Pezeşkian</b>

“İran hüquqi normalar çərçivəsində ABŞ-la danışıqlara hazırdır”.

525.az xəbər verir ki, bunu Prezident Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

O deyib ki, İran mübahisələrin həlli üçün diplomatiyanı üstün vasitə hesab edir. milli maraqların və suverenliyin qorunması çərçivəsində İranın danışıqlara hazırdır.

İran lideri deyib ki, Avropa ABŞ-ı beynəlxalq normalar çərçivəsində İranla danışıqlara təşviq edə bilər və bununla da İslam Respublikası ətrafındakı böhranın həllində konstruktiv rol oynaya bilər.

Pezeşkian bildirib ki, ekspert səviyyəsində razılaşmalar əldə olunmasına baxmayaraq, ölkələr arasında razılaşmanın bağlanmasına mane olan məhz ABŞ administrasiyasının həddindən artıq tələblər irəli sürməsi və siyasi iradəsinin olmamasıdır.

Pərvanə Sultanov

 





14.04.2026    çap et  çap et