525.Az

Neft Daşları yaxınlığında balıqçı dənizdə batıb, axtarışa helikopter cəlb olunub - VİDEO


 

Neft Daşları yaxınlığında balıqçı dənizdə batıb, axtarışa helikopter cəlb olunub - <b style="color:red"> VİDEO</b>

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.

525.az-a FHN-dən verilən xəbərə görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

 





14.04.2026    çap et  çap et