525.Az

Azərbaycanda mobil operatorların gəlirləri 6 faiz artıb


 

Azərbaycanda mobil operatorların gəlirləri 6 faiz artıb<b style="color:red"></b>

Bu ilin birinci rübündə Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 931,7 milyon manat məbləğində xidmət göstərib.

525.az-a bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,2% çoxdur.

Xidmətlərin 69,4%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 303,4 milyon manatı (32,6%-i) mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il mobil telefon rabitəsi sahəsində gəlirlər 5,9% artıb.

 





14.04.2026    çap et  çap et