525.Az

Səfir ANAMA əməkdaşının həlak olmasına görə başsağlığı verib


 

Səfir ANAMA əməkdaşının həlak olmasına görə başsağlığı verib <b style="color:red"></b>

Mərakeş Krallığının Bakıdakı səfiri, diplomatik korpus duayeni Adil Embarş  Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Muğan Mətilinin  xidməti vəzifəsini  yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində həlak olması ilə bağlı başsağlığı verib. 

Bu barədə 525.az-a səfirlikdən daxil olan məlumatda bildirilir. 

"Füzuli rayonu ərazisində xidməti vəzifəsini  yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində  ANAMA əməkdaşı Muğan Mətilinin faciəli şəkildə həlak olması xəbərini dərin kədər hissi ilə qarşıladım. Mərakeş Krallığının  səfiri və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun duayeni kimi onun ailəsinə, həmkarlarına və yaxınlarına ən səmimi və ürəkdən başsağlığı verirəm.  Həmçinin Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm", -səfir bildirib. 

Pərvanə Sultanova

 





14.04.2026    çap et  çap et