Dağıstanda sürüşmə zonalarının aşkarlanması üçün operativ qrup yaradılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə respublika rəhbərliyinin mətbuat xidməti məlumat yayıb.
Qrupa fövqəladə hallar, tikinti nazirliklərinin mütəxəssisləri və geoloqlar daxil edilib.
Məqsəd sürüşmə təhlükəsi olan yerlərdə monitorinqlərin aparılması və mümkün fəsadlara vaxtında müdaxilə edilməsidir.
Qeyd edək ki, martın sonlarından başlayaraq Dağıstanda yağan leysan yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Sürüşmə təhlükəsi hələ də qalmaqdadır.
L.Tağıyeva
çap et