525.Az

Məşhur avtomobil şirkəti ixtisarlara gedir


 

Məşhur avtomobil şirkəti ixtisarlara gedir<b style="color:red"></b>

Fransanın məşhur "Renault" avtomobil konserni mühəndislərin bir hissəsini ixtisar edəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə konsernin rəhbər şəxslərindən biri mətbuata xəbər sızdırıb.

Proses 2 il davam edəcək. Bu müddətdə mühəndislərin 15-20 faizinin işdən kənarlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda "Renault"da 11 min mühəndis çalışır. Xəbər təsdiqini tapsa, təxmini 2400 mütəxəssislə müqavilə pozulacaq.

L.Tağıyeva

 





15.04.2026    çap et  çap et