Kolumbiya hakimiyyəti ölkənin mərkəz rayonlarında məskunlaşmış və yerli əhaliyə təhlükə yaradan begemotların bir hissəsini evtananaziya edəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Nazirliyi məlumat yayıb.
Kolumbiya Milli Universitetinin araşdırmalarına görə, 2022-ci ildə ölkədə sərbəst hərəkət edən 170 baş begemot var idi. Onlar məskunlaşdıqları yerlərdə kənd təsərrüfatına ciddi ziyan vurmaqla yanaşı, bu arealda yaşayan digər vəhşi heyvanların tələfatına da səbəb olublar.
Begemotların sayının artmasına qarşı görülən işlər nəticə verməyincə, hökümət sözügedən qərarı vermək məcburiyyətində qalıb. Plana əsasən 80 baş begemotun öldürülməsi nəzərdə tutulur.
Qeyd edək ki, Kolumbiyada begemotlar ötən əsrin 80-ci illərində peyda olub. O vaxt kolumbiyalı narkobaron Pablo Eskobar Maqdalena çayı sahilində yerləşən şəxsi "Napoles" zooparkını 4 baş begemotla zənginləşdirmişdi. Eskobarın öldürülməsindən sonra azadlıqda qalan begemotlar münbit şəraitə düşmüş və sayları artmışdı.
L.Tağıyeva
çap et