Hindistanın Çhattisqarh əyalətində elektrik stansiyasında partlayış olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Çhattisqarhın Sakti rayonunun Singhitarai kəndində elektrik stansiyasında qazanın partlaması nəticəsində 9 işçi ölüb, 15 nəfər yaralanıb.
Yaralılar Raigarh bölgəsindəki xəstəxanalara çatdırılıb.
Hadisə yerində axtarış işləri davam etdirilir.
Partlayışın təfərrüatlarını aydınlaşdırmaq üçün aidiyyəti qurumlar hərtərəfli araşdırmaya başlayıb.
İbrahim Cəfərov
çap et