525.Az

Məşhur avtomobil zavodunda güclü yanğın


 

Məşhur avtomobil zavodunda güclü yanğın<b style="color:red"></b>

Çinin Şençjen şəhərində elektromobil istehsalçısı olan BYD zavodunun qarajında ​​yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın panikaya səbəb olub və səmaya qatı tüstü yayılıb. Əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.

Şirkətdən verilən açıqlamada qeyd olunub ki, yanğın sınaq və qırıntı maşınlarının saxlandığı qarajda olub, bir müddət sonra söndürülüb və tələfat olmayıb.

İbrahim Cəfərov

 





15.04.2026    çap et  çap et