525.Az

Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək


 

Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək<b style="color:red"></b>

"Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbul prosesində ilk dəfə olaraq süni intellekt alətlərindən istifadə ediləcək".

525.az xəbər verir ki, bunu “2022-2028-ci illər üçün Dövlət Proqramına” sənəd qəbulu ilə bağlı jurnalistlərə açıqlamasında Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov deyib.

O qeyd edib ki, bu, qəbul prosesinin şəffaflığını və qəbulun düzgün həyata keçirilməsini təmin etmək üçün müsbət bir addım olacaq:

“Çünki sənədlərin işlənməsi vaxt aparır, bu səbəbdən müasir alətlərdən istifadə edilməsi prosesi daha effektiv və sürətli edəcək”, - o bildirib.

Qədir Xəlilov qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 33 ölkənin 230-dan çox universitetinin 4000-dən artıq proqramı əhatə olunur.

 





15.04.2026    çap et  çap et