525.Az

"Manatın məzənnəsində hər hansı dəyişiklik olacağı gözlənilmir" - Ekspert rəyi


 

"Manatın məzənnəsində hər hansı dəyişiklik olacağı gözlənilmir" - <b style="color:red">Ekspert rəyi</b>

“Manatın məzənnəsi əsasən inzibati qaydada tənzimlənir. Hazırda məzənnənin dəyişməsi üçün hər hansı məcburiyyət və ya iqtisadi zərurət yoxdur. Bazarın da bunu tənzimləməsi ilə bağlı real impuls görünmür və bu istiqamətdə hər hansı siyasi qərar barədə məlumat yoxdur. Mövcud şəraitə əsasən, ilin sonuna qədər manatın məzənnəsində hər hansı dəyişiklik olacağı gözlənilmir".

Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a söyləyib.

Onun sözlərinə görə, hazırda manatın məzənnəsinin inzibati qaydada tənzimləndiyini xatırladan iqtisadçı, dəyişiklik üçün hər hansı iqtisadi zərurətin olmadığını qeyd edib. Bazarın məzənnəyə təzyiq göstərməsi üçün real impulslar görünmür və bu istiqamətdə hər hansı siyasi qərarın verilməsi gözlənilmir:

“Mövcud iqtisadi şərait və cari maliyyə göstəriciləri ilin sonuna qədər milli valyutanın dəyərini qoruyacağını deməyə əsas verir”.

Sevinc Qarayeva 

 





15.04.2026    çap et  çap et