ABŞ-ın sanksiyaları altında olan İranın VLCC (çox böyük xam neft daşıyıcısı) supertankeri Hörmüz boğazını keçərək İslam Respublikasının ərazi sularına daxil olub.
525.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, 2 milyon barelə qədər neft daşımaq imkanına malik gəmi məkan müəyyənetmə cihazı işə salınaraq İran sularına daxil olub.
ABŞ Mərkəzi Komandanlığı 13 apreldə İrana qarşı dəniz blokadasının başlandığını elan edib. Bu, İran limanlarına və ya sahil ərazilərinə daxil olan və ya çıxan bütün ölkələrin gəmilərinə şamil edilir.
Pərvanə Sultanova
çap et