Kreml Rusiya prezidenti Vladimir Putinin Çin səfərinə hazırlıqları təsdiqləyib.
525.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezident Putinin Çinə səfərinin hazırlandığını təsdiqləyə bilərəm. Çin bizim üstünlük verdiyimiz tərəfdaşımızdır və yüksək səviyyəli əlaqələr qurulur", - o deyib.
Qeyd edək ki, fevral ayında Çin Sədri Si Cinpinin Rusiya prezidentini ilin birinci yarısında Çinə rəsmi səfərə dəvət etdiyi açıqlanıb.
Pərvanə Sultanova
çap et