525.Az

Azərbaycan Mərkəzi Bankı üç şirkəti cərimələyib


 

Azərbaycan Mərkəzi Bankı üç şirkəti cərimələyib<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankı (AMB) "A+CO" və "Diadem" ASC-ləri, eləcə də "Ekolizinq" MMC-ni cərimə edib.

525.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində qanunvericiliklə müəyyən edilmiş müddətdə hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulduğu üzə çıxıb. Odur ki, məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə uyğun olaraq şirkətlərin hər biri 2 000 manat cərimə olunub.

 





15.04.2026    çap et  çap et