525.Az

Azərbaycan və İsveçrə XİN-ləri siyasi məsləhətləşmələr keçirəcək


 

Azərbaycan və İsveçrə XİN-ləri siyasi məsləhətləşmələr keçirəcək<b style="color:red"></b>

Azərbaycan və İsveçrə xarici işlər nazirlikləri ikitərəfli siyasi məsləhətləşmələr keçirəcək.

525.az xəbər verir ki, bu barədə İsveçrənin Azərbaycandakı səfirliyi bildirib.

Diplomatik missiya qeyd edib ki, siyasi məsləhətləşmələr Bakıda keçiriləcək.

"Dövlət katibinin köməkçisi, İsveçrə Federal Xarici İşlər Departamentinin Avrasiya şöbəsinin rəhbəri Pyer-İv Fuksun başçılıq etdiyi İsveçrə nümayəndə heyəti ikitərəfli siyasi məsləhətləşmələr keçirmək üçün Azərbaycanda səfərdədir", - səfirlik qeyd edib.

 





15.04.2026    çap et  çap et