Ermənistan TRIPP (Beynəlxalq Sülh və Rifah Naminə Tramp Yolu) layihəsinin həyata keçirilmə mərhələsinə qədəm qoyur.
525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
"Məmnuniyyətlə qeyd edirik ki, çətin beynəlxalq vəziyyətə baxmayaraq, Amerika Birləşmiş Ştatları, Ermənistan və Azərbaycan hökumətləri regional kommunikasiyaların bərpasını və TRIPP layihəsinin həyata keçirilməsini prioritet hesab edirlər", - Baş nazir deyib.
O əlavə edib ki, bu, layihənin reallaşması regionuda uzunmüddətli, sabit və etibarlı sülhün vacib sütunu olacağı anlayışından irəli gəlir.
Pərvanə Sultanova
çap et