Pentaqon yaxın günlərdə Yaxın Şərqə əlavə qoşun göndərəcək.
525.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi "The Washington Post" qəzetinə bildirib. Mənbənin məlumatına görə, kontingentə 6000 hərbçi daxildir.
Aprel ayının sonuna qədər bölgəyə əlavə 4200 dəniz piyadasının da gələcəyi gözlənilir. Məlumata görə, ABŞ administrasiyasının hərəkətləri İranı münaqişəyə son qoymaq üçün razılığa gəlməyə məcbur etmək məqsədi daşıyır.
Pentaqonun məlumatına görə, hazırda Yaxın Şərqdə təxminən 50 min hərbçi yerləşdirilib.
Qeyd edək ki, İran və ABŞ arasında atəşkəs 22 apreldə başa çatır.
Pərvanə Sultanova
çap et