525.Az

Bakıda evdə yanğın söndürülüb - YENİLƏNİB


 

Bakıda evdə yanğın söndürülüb -<b style="color:red"> YENİLƏNİB</b>

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

525.az-a FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Yasamal rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

525.az-a bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Ətraflı məlumat veriləcək.

 





15.04.2026    çap et  çap et