525.Az

"Elnur Hüseynov "Eurovision-2015"-ə getməyəcək"


 

"Elnur Hüseynov "Eurovision-2015"-ə getməyəcək"<b style="color:red"></b> İctimai Televiziya “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynovun “Eurovision-2015” mahnı müsabiqəsinə göndərilməsi haqda yayılmış xəbərə münasibət bildirib.
 

İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, E. Hüseynovun “Eurovision-2015” mahnı müsabiqəsinə göndərilməsi haqda yayılmış xəbərlər həqiqətə uyğun deyil: “İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq bəyan edirik ki, biz bu məsələ ilə bağlı heç bir sayta açıqlama verməmişik. “Eurovision-2015”də Azərbaycanı təmsil edəcək ifaçı məlum olanda İctimai TV rəsmi açıqlama ilə çıxış edəcək”.
 
Qeyd edək ki,  “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynovun builki “Eurovision-2105” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcəyi haqda xəbərlər yayılıb.
 





20.02.2015    çap et  çap et