525.Az

AFFA gənc futbolçuların məvacibinə limit qoyur


 

AFFA gənc futbolçuların məvacibinə limit qoyur<b style="color:red"></b> Yeniyetmə və gənc futbolçuların məvaciblərinə limit tətbiq olunması AFFA-nın İcraiyyə Komitəsində (İK) müzakirə olunacaq.

Apasport.az saytının məlumatına görə, assosiasiyanın Klublar Komitəsinin fevralın 3-də və 13-də keçirilmiş iclaslarında bu məsələni qabardaraq, baxılması üçün İK-ya müraciət edib.
 
Buna əsasən də komitənin martın 6-da keçiriləcək iclasında məvaciblərinə limit məsələsinə baxılacaq. AFFA artıq beynəlxalq təcrübəni araşdıraraq təqdimat hazırlayıb. Təqdimatda dünyanın müxtəlif ölkələrində və ayrı-ayrı idman növlərində oyunçuların məvaciblərinə, həmçinin ümumilikdə klubların maaş büdcəsinə limit tətbiq olunması ilə bağlı faktlar, eyni zamanda 2013/14 və 2014/15 mövsümlərində Azərbaycanda U-23 oyunçuların transfer məlumatları öz əksini tapıb.
 





20.02.2015    çap et  çap et