525.Az

AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib


 

AMB Çinin Sənaye və Ticarət Bankı ilə biznes layihələrinin maliyyələşdirilməsini müzakirə edib<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Çin Sənaye və Ticarət Bankı (ICBC Almaty) arasında biznes layihələrinin maliyyələşdirilməsi müzakirə edilib.

525.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, qurumun sədri Taleh Kazımov "ICBC Almaty"nın Direktorlar Şurasının üzvü Çingiz Kanapyanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə kapital bazarı və ödəniş sistemləri üzrə inkişaf perspektivləri, sahibkarlığın və biznes layihələrinin maliyyələşdirilməsi istiqamətində Azərbaycan bankları ilə əməkdaşlıq məsələləri, o cümlədən bu çərçivədə birgə təşəbbüslərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

 





15.04.2026    çap et  çap et