Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirib.
525.az xəbər verir ki, Yevgeni Kukseviçin komandası növbəti dəfə Qazaxıstan yığması ilə qarşılaşıb.
Aktau şəhərindəki "BS Arena"da keçirilən matç rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
15 aprel
17:00. Qazaxıstan – Azərbaycan - 4:2
Qollar: Azat Valiullin, 13:35, Albert Akbalıkov, 16:42, 28:26, Damir Kairbai, 32:22 // Ülvi Əliyev, 14:29, Ədalət Ələkbərov, 17:25
Qeyd edək ki, komandalar arasında aprelin 13-də keçirilən görüşdə meydan sahibləri 9:2 hesablı qələbə qazanıb.
çap et