525.Az

İndoneziyada vulkan püskürdü


 

İndoneziyada vulkan püskürdü<b style="color:red"></b>

Şimali Maluku əyalətinin Halmaher adasında yerləşən Dukono vulkanı aktivləşib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, kül buludu 3,6 km hündürlüyə qalxıb.

Yerli hakimiyyət orqanları əhaliyə maska taxmağı və kraterə 4 km məsafədə yaxınlaşmamağı tövsiyə edib. Vulkan kül püskürdüyündən dağıntı və tələfat olmayıb.

Qeyd edək ki, İndoneziyada 500-dən çox vulkan var. Onlardan 130-u aktiv hesab olunur.

L.Tağıyeva

 





16.04.2026    çap et  çap et