525.Az

Almanlar kanslerdən narazıdır


 

Almanlar kanslerdən narazıdır<b style="color:red"></b>

Almaniya vətəndaşlarının böyük əksəriyyəti kansler Fridrix Mertsdən narazıdır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu RTL və NTV telekanallarının birgə apardıqları sorğudan sonra bildirməyə əsas yaranıb.

7-13 aprel aralığında 2502 respondentin fikri öyrənilib. Rəyi soruşulanların cəmi 18 faizi Mertsin fəaliyyətindən razı qaldıqlarını bildirib. Hər 10 nəfərdən 8-i isə kanslerdən ciddi narazılıq ifadə edib.

Qeyd edək ki, Fridrix Merts ötən ilin mayından Almaniyanın kansleridir. O, bu postda Olaf Şoltsu əvəz edib.

L.Tağıyeva

 





16.04.2026    çap et  çap et