ABŞ-nin Pensilvaniya ştatının 97 yaşlı sakini Peqqi Folds ştatın ən yaşlı donoru kimi tarixə düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Folds floridalı qaraciyər köçürməsinə ehtiyacı olan xəstəyə donorluq edib.
Bunula da o, həm də ABŞ-nin ən yaşlı üçüncü donoru olub.
Qeyd edək ki, ABŞ-nin ən yaşlı donoru Nebraskadan olan veteran Deyl Stildir. 100 yaşlı Stil bu ilin fevralında qaraciyər problemi olan xəstəyə donorluq edib. Planetin ən yaşlı donoru isə şotlandiyalı qadındır. Adı açıqlanmasa da, qarının 107 yaşı olduğu bildirilir.
L Tağıyeva
çap et