525.Az

Hakim futbol matçı zamanı güllələndi


 

Hakim futbol matçı zamanı güllələndi<b style="color:red"></b>

Müdhiş hadisə Ekvadorda, El-Oro əyalətinin Pasaxa şəhərində baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 2 həvəskar komandanın oyunu zamanı hakim meydandaca güllələnib.

Belə ki, matçın gedişində bir neçə naməlum şəxs baş hakim Xavyer Orteqaya yaxınlaşaraq ona odlu silahdan atəş açıb. 48 yaşlı referi yerindəcə canını tapşırıb.

Qeyd edək ki, oyun yarımçıq dayandırılıb və ərazi polis tərəfindən nəzarətə götürülüb. Cinayətkarların axtarışı davam edir.

L.Tağıyeva

 





16.04.2026    çap et  çap et