525.Az

Dünya fond bazarlarının əsas indeks göstəriciləri


 

Dünya fond bazarlarının əsas indeks göstəriciləri<b style="color:red"></b>

Qlobal fond bazarlarında əsas indekslər fərqli istiqamətdə dəyişib.

525.az  xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 0,15% azalaraq 48 463,72 bəndə enib, NYSE Composite indeksi isə 0,26% azalaraq 22 955,57 bəndə düşüb. Bununla belə, S&P 500 indeksi 0,80% artaraq 7 022,95 bəndə, Nasdaq Composite indeksi isə 1,59% artaraq 24 016,02 bəndə çatıb.

Avropada Euro Stoxx 50 indeksi 0,74% azalaraq 5 940,34 bənd, FTSE 100 indeksi 0,47% azalaraq 10 559,58 bənd, CAC 40 indeksi 0,64% azalaraq 8 274,57 bənd, IBEX 35 indeksi 0,55% azalaraq 18 185,80 bənd səviyyəsinə enib, DAX indeksi isə 0,09% artaraq 24 066,70 bənd olub.

Asiya-Sakit okean regionunda isə əsasən artım qeydə alınıb. Nikkei 225 indeksi 2,12% artaraq 59 365,29 bənd, TOPIX indeksi 1,02% artaraq 3 808,80 bənd, Hang Seng indeksi 1,38% artaraq 26 306,55 bənd, CSI 300 indeksi 0,90% artaraq 4 727,38 bənd təşkil edib. S&P/ASX 200 indeksi isə 0,42% azalaraq 8 941,20 bəndə düşüb, MSCI Asia Pacific indeksi 0,79% artaraq 248,45 bəndə yüsəlib.

 





16.04.2026    çap et  çap et