525.Az

Slovakiya və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib


 

Slovakiya və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib<b style="color:red"></b>

Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov və "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov Orta Dəhlizin daha da inkişaf etdirilməsi və Azərbaycanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi məsələlərini müzakirə ediblər.

525.az xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb

"Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmovla məhsuldar görüş keçirildi. Biz Orta Dəhlizin daha da inkişaf etdirilməsini və dəmir yolu infrastrukturunun modernləşdirilməsini müzakirə etdik", - səfir bildirib.

Onun sözlərinə görə, tərəflər Slovakiya şirkətləri və banklarının iştirakı ilə qeyd olunan istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.

"Bu, Azərbaycanla Slovakiya arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik konstruktiv və perspektivli dialoq oldu", - səfir vurğulayıb.

 





16.04.2026    çap et  çap et