525.Az

Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb


 

Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb<b style="color:red"></b>

Gənclər və idman naziri Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, nazir qonağa ölkəmizdə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Görüşdə Azərbaycanda kapoeyra idman növünün inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

 





16.04.2026    çap et  çap et