Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi İspaniyada klub alıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Ulduz futbolçu İspaniya birinciliyinin 3-cü divizionunda çıxış edən "Kornelya"nın bütün səhmlərinə sahib çıxıb. Sövdələşmənin məbləği açıqlanmır.
Qeyd edək ki, "Kornelya"nın bazası "Barselona"nın bazasının yaxınlığında yerləşir. İspaniya millisinin sabiq futbolçusu və bir vaxtlar Messinin komanda yoldaşı olmuş Xordi Alba 1951-ci ildə təsis edilmiş bu klubun yetirməsidir.
L.Tağıyeva
çap et