525.Az

Çempionlar Liqasının favoriti hansı komandadır?


 

Çempionlar Liqasının favoriti hansı komandadır?<b style="color:red"></b>

İngiltərənin "Arsenal" komandası cari mövsüm Çempionlar Liqasının favoritidir

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə "Orta" superkompüteri gəlib.

"Orta"ya görə, London təmsilçisinin qitənin əsas klub turnirinin qalibi olması ehtimalı 38,6 faizdir. Münhen "Bavariya"sı 33,3 faizlə ikinci yerdədir. Fransanın PSJ klubunun qalib olmaq ehtimalı 19,1, Madrid "Atletiko"sunun isə cəmi 9 faizdir.

Qeyd edək ki, bukmekerlərin proqnozları superkompüterlə bir qədər fərqlidir. Aparıcı bukmeker kontorları "Bavariya"nın qalib olma ehtimalını daha yüksək dəyərləndirirlər. Belə ki, ən az - 2,86 əmsal bu klubun qalibiyyətinə verilir.

L.Tağıyeva

 





17.04.2026    çap et  çap et