525.Az

İranda polislər atəşə tutulub - 3 ölü


 

İranda polislər atəşə tutulub - <b style="color:red"> 3 ölü</b>

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətinin Saravan rayonunda naməlum silahlı şəxslər patrul xidməti aparan polis əməkdaşlarına atəş açıb.

525.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 3 polis əməkdaşı həyatını itirib.

Hücum edənlərin tutulması üçün genişmiqyaslı əməliyyata başlanılıb.

İbrahim Cəfərov

 





17.04.2026    çap et  çap et