525.Az

"Bitcoin" ucuzlaşıb


 

"Bitcoin" ucuzlaşıb<b style="color:red"></b>

Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunub.

525.az CoinMarketCap platformasına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,1% artaraq 2,54 trln. ABŞ dollarına çatıb.

Məlumata görə, bazarın aparıcı aktivi olan Bitcoin (BTC)-in qiyməti son 24 saat ərzində 0,41% azalaraq 74 655 ABŞ dolları olub. Həftəlik müqayisədə isə BTC-nin qiyməti 3,64% artıb.

İkinci ən böyük kriptovalyuta olan Ethereum (ETH)-un qiyməti sutka ərzində 1,34% azalaraq 2 322 ABŞ dollarına düşüb. Son 7 gündə isə ETH üzrə 5,86% artım qeydə alınıb.

 





17.04.2026    çap et  çap et