525.Az

Rusiya ilə nəqliyyat-logistika sahəsində konkret razılaşmalar əldə olunub


 

Rusiya ilə nəqliyyat-logistika sahəsində konkret razılaşmalar əldə olunub<b style="color:red"></b>

Dünən Rusiya ilə Hökumətlərarası Komissiyanın iclasında ticarət-iqtisadi və investisiya sahələrində qısa müddətdə inkişaf nöqtələrinin müəyyənləşdirilməsi və perspektivli istiqamətlər üzrə konkret təkliflərin hazırlanması barədə razılığa gəldik.

525.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya işgüzar şurasının iclasında çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev deyib.

“Ümumi rəyə görə, burada istifadə olunmamış böyük potensial var və biz bu artımı təmin etmək üçün konkret təkliflər gözləyirik”, - deyə o əlavə edib.

Şahin Mustafayev qeyd edib ki, investisiya və sənaye əməkdaşlığının genişlənməsi ilə yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığının strukturunda nəqliyyat-logistika sahəsi də getdikcə daha mühüm yer tutur:

“Məhz ölkələrimiz arasındakı səmərəli əlaqələr, tranzit marşrutlarının etibarlılığı və sərhəd-keçid, dəmir yolu infrastrukturunun ardıcıl modernləşdirilməsi iki ölkə arasındakı ticarət-iqtisadi əlaqələrin dayanıqlığını müəyyən edir.

Azərbaycan və Rusiya üçün bu, qarşılıqlı ticarət həcmlərinin artırılması, tranzit potensialının gücləndirilməsi və “Şimal-Cənub” dəhlizinin rəqabət qabiliyyətinin artırılması baxımından əsas amillərdən biridir. Regionda formalaşmış son dərəcə mürəkkəb şəraitdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi öz həyat qabiliyyətini və rəqabət üstünlüyünü praktikada təsdiqləyib”.

Şahin Mustafayev deyib ki, Rusiya ilə dünənki iclas çərçivəsində “Azərbaycan Respublikası və Rusiya Federasiyasında avtomobil nəqliyyatı üçün elektron beynəlxalq yük qaiməsinin tətbiqi üçün şəraitin yaradılması üzrə Yol Xəritəsi” sənədi imzalanıb:

“Dünənki iclas zamanı nəqliyyat-logistika sahəsində konkret razılaşmalar əldə olunub, əsas məqsədlər, onların icra müddətləri və tarif tənzimlənməsi parametrləri müəyyən edilib. Yükdaşımaların həcminin artırılması məsələləri müzakirə olunub, konkret tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib və gözləyirik ki, yaxın vaxtlarda praktik nəticələr əldə olunacaq”.

 





17.04.2026    çap et  çap et