525.Az

Azərbaycanda duru yağ istehsalı artıb, kərə yağı istehsalı isə azalıb


 

Azərbaycanda duru yağ istehsalı artıb, kərə yağı istehsalı isə azalıb<b style="color:red"></b>

Bu ilin I rübündə Azərbaycanda 13 min 919,9 ton duru bitki yağı, 5 min 918,9 ton kərə yağı istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, duru yağlarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% artıb, kərə yağlarının istehsalı isə, əksinə, 8% azalıb.

Aprel ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır duru bitki yağı ehtiyatı 2 810,3 ton, kərə yağı ehtiyatı isə 62,1 ton təşkil edib.

Hesabat dövründə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar-mart aylarına nisbətən 52,1 faiz azalaraq 6 278,2 ton təşkil edib.

 

 





17.04.2026    çap et  çap et