Azərbaycan Türkiyə ilə qlobal enerji təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edib.
525.az xəbər verir ki, müzakirələr energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla keçirtdiyi görüşdə aparılıb.
Bunu azərbaycanlı nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə ikitərəfli enerji gündəliyi, karbohidrogen və "yaşıl enerji" ixracı, "Azərbaycan-Türkiyə Enerji Forumu"nun növbəti iclası ilə bağlı məsələlərə də toxunulub
çap et