525.Az

Çin Yaponiyanın Tayvana hərbi gəmi göndərməsinə qəti etiraz edib 


 

Çin Yaponiyanın Tayvana hərbi gəmi göndərməsinə qəti<b style="color:red"> etiraz edib </b>

“Yaponiya öz hərbi gəmisini Tayvan boğazına göndərməklə Çinlə ikitərəfli münasibətləri pisləşdirib”.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Quo Jiakun bildirib.

Onun sözlərinə görə, Yaponiyanın özünümüdafiə qüvvələrinə məxsus gəminin Tayvan boğazına girməsi Çinin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

XİN rəsmisi deyib ki, Yaponiyanın Baş naziri Sanae Takaiti Tayvan məsələsi ilə bağlı səhv fikirlər söyləyib. Hərbi gəminin Tayvan boğazına gəmi göndərməsi isə onun səhvini daha da dərinləşdirib.

Çin Yaponiyanı səhv yoldan çəkinməyə və ehtiyatlı davranmağa çağırıb.

Pərvanə Sultanova

 





17.04.2026    çap et  çap et